Türkiyədə hərbi helikopter qəzaya uğradı - 5 nəfər öldü

13:01 09.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Hafta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayonu ərazisində baş verib.

Qeyd edilib ki, helikopterin düşdüyü dəqiq yerin hələ müəyyən olunmayıb və axtarış-xilasetmə qruplarının bölgəyə göndərilib.

Qəzada 5 hərbçi şəhid olduğu bildirilib.